image-2000x150
image-462157468_972592361562819_6091097904407620642_nbackend

Varşava Azərbaycan evində maliyyə-mühasibat sahələri üzrə təlim keçirilib

image-768x150
5 oktyabr Varşava Azərbaycan evində Maliyyə-mühasibat sahələri üzrə beynəlxalq sertifikatlı təlimçi Ramin Əzizov və 6 ildən artıq bu sahə üzrə iş təvrübəsi olan Elçin Eyvazov tərəfindən tələbələr üçün ödənişsiz təlim keçirilib.
Təlimdə maliyyə, mühasibatlıq və işə qəbul prosesində müsahibəyə hazırlıq mərhələləri üzrə ən vacib biliklər tələbələrə çatdırıldı.
Qeyd edək ki, bu təlim iki hissədən ibarətdir. Təlimin növbəti hissəsi 6 Oktyabr saat 12:00-da Varşava Azərbaycan Evində baş tutacaq.
Təlimə qoşulmaq və digər təlimlərdən vaxtında xəbərdar olmaq üçün aşağıda yerləşdirilən link vasitəsilə whatsapp qrupuna qoşulmağı və bizi sosial şəbəkə hesabları üzərindən izləməyi unutmayın. Təşəkkürlər!
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki