Aprelin 22-də Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası tərəfindən Diyarbəkir Sur Bələdiyyəsində uşaqlar üçün Ramazan bayram tədbiri keçirilib. Bu haqda Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının sədri Mehmet Mutlu saytımıza məlumat verib.
“Ramazan bayramımızın 3-cü günü və 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə mənalı bir gün keçirəcəyik. Uşaqların xoşbəxtliyini görəndə çox sevinirik. Uşaqları sevindirməyə davam edirik”, – deyə Mehmet Mutlu bildirib.