image-2000x150
image-870186c6-cf1d-4943-8996-b92c12b6145cbackend

“Ultimate Azerbaijan” komandası Dubayda keçiriləcək yarışda ilk dəfə ölkəmizi təmsil edəcək

image-768x150

10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “MENA Ultimate Tournament” Yaxın Şərq üzrə Regional Çempionatı keçiriləcək. İlk dəfə olaraq “Ultimate Azerbaijan” komandası bu oyun tarixində Azərbaycanı təmsil edəcək. Bu haqda “Ultimate Azerbaijan” komandasının təsisçisi Baba Ağayev saytımıza məlumat verib.

Baba Ağayev deyib ki, çempionatda 15 ölkədən olacaq 20 komanda iştirak edir: “Yarışa 5 xanım, 11 bəy olmaqla 16 nəfərlik komanda ilə qoşuluruq. Komandamızda 2 legioner – neçə illər Azərbaycanda yaşayıb, burada ultimate oynamış Türkmənistan vətəndaşı Adil Bağırov və Britaniya vətəndaşı Siobhan Catherine yer alır. Cəmi 2 ildir bütün kollektiv olaraq sıfırdan yaratdığımız bu komandanın belə bir beynəlxalq yarışa icazə alması və qoşulması Ultimate cəmiyyətimiz üçün ciddi irəliləyişdir.
3 aydır ki, bu yarışa ciddi hazırlaşırıq və nəticənin nə olacağından asılı olmayaraq bu komanda ilə fəxr edirəm! Komandamıza uğurlar arzulayın”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki