image-2000x150
image-img_20220706_062110backend

Orenburqdakı soydaşlarımız Dövlət Komitəsini təbrik ediblər

image-768x150

Rusiya Federasiyasının Orenburq vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatı 20 illik yubileyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Təşkilatın sədri İlkin Kərimov və sədr müavini Rövşən Səfərov tərəfindən Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib: “Orenburq vilayətinin Azərbaycan diasporu yaradılmasının 20-ci ildönümündə Dövlət Komitəsini təbrik edir. Artıq 20 ildir ki, Dövlət Komitəsi dünyadakı bütün azərbaycanlılar arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə mühüm töhfələr verirsiniz. Beynəlxalq işlərin aparılmasında işiniz və təcrübəniz sayəsində Azərbaycan və rus xalqı arasında dostluq ildən-ilə daha da möhkəmlənir. Rusiya Federasiyasında yaşayan azərbaycanlılar adət-ənənələrə hörmətlə yanaşır və onları nəsildən-nəslə ötürürlər.
Biz həmişə Sizin dəstəyinizi hiss edirik və Vətənimizin uğurları ilə fəxr edirik.
Bu bayram günündə Vətənimizin çiçəklənməsinə töhfə verəcək gələcək işlərinizdə Sizə cansağlığı və möhkəm iradə arzulayırıq”.

Qubernatorun müavini: “Çoxşaxəli fəaliyyətiniz xüsusi hörmətə və minnətdarlığa layiqdir”

Xatırladaq ki, Daxili siyasət üzrə Qubernatorun müavini, Orenburq vilayətinin regional və informasiya siyasəti naziri İqor Suxarev də Dövlət Komitəsinin sədrinə təbrik məktubu göndərib.
Məktubda bildirilib: “Sizi, kollektivinizi və dünya azərbaycanlılarını Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edirik.
Komitənin yaradılması ictimai-siyasi sahədə əlamətdar hadisə idi. Siz dünya azərbaycanlılarının öz tarixi vətənləri ilə əlaqələrinin inkişafına və möhkəmlənməsinə, mədəni-siyasi hüquqlarının qorunmasına, milli varlıqlarının qorunub saxlanmasına, millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələr verirsiniz! Çoxşaxəli fəaliyyətiniz xüsusi hörmətə və minnətdarlığa layiqdir.
Sizə və həmkarlarınıza peşəkar fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram”.
Qeyd edək ki, Qubernatorun müavini, eyni zamanda Dövlət Komitəsinə kitab hədiyyə edib.

image-img-20220705-wa0048image-img-20220705-wa0047

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki