image-2000x150
image-img-20220124-wa0009backend

Azərbaycanlı şairin “Qayg‘u surati” şeirlər kitabı özbək dilində işıq üzü görüb

image-768x150

Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”
şeirlər kitabı Özbək dilində işıq üzü görüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin əsərləri Özbək dilinə tərcümə layihəsi həyata keçirilir.
“Diaspornews.az” xəbər verir ki, növbəti layihə ilə Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”: kədərin şəkli” şeirlər kitabı Özbək dilində işıq üzü görüb. Kitaba ön sözün müəllifi Özbəkistan Yazıçılar Birliyinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən, tərcüməçi Şahista Kamranlıdır.
Ön sözün müəllifi Özbək şair Qayrat Məcid Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan, şair Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun Özbək dilində ilk dəfə olaraq çap olunan şeirlər kitabının müasir Azərbaycan poeziyası ilə tanışlıq üçün imkan yaradacağına, habelə Özbək ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına, şeirlərdən zövq alacaqlarına ümidini bildirib.
Kitabda şairin “Kədərin şəkli”, “Gələn payız”, “Mənim hekayəm”, “Mən aktyor deyiləm”, “Ümid edirəm ANA KİMİ…”, “Bakıda gecə olmaq…” “Sərgi sevir”, “Sabahın şeiri”, “Siz kim olduğunuzu bilirsinizmi?!” və s. şeirləri yer alıb.
Qeyd olunur ki, Fuad Cəfərli müasir Azərbaycan ədəbiyyatında yeni üslubda yazan gənc şairlərindəndir və onun “Qayg‘u surati” kitabı müəllifin son illərdə yazdığı şeirlər toplusudur. Şair poetik nümunələrdə bəşəri hissləri öz dili ilə ifadə etmiş, eyni zamanda, onun müxtəlif mənalı şeirləri fəlsəfi və ruh baxımından bir-birinin davamıdır. Bu şeirlərdə insan ruhu ilə həyatın çətinliyi arasında mübarizə, nəfslə qarşıdurma, ümumiyyətlə ürək ifadələri parlaq bədii obrazlar vasitəsilə çatdırılır. Nəşrdə vurğulanır ki, sözügedən kitab müəllifin özbək oxucuları ilə ilk görüşüdür.
Qeyd edək ki, istedadlı şair Fuad Cəfərli Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Şairin daimi olaraq dövri mətbuatda şeirləri, məqalələri işıq üzü görür. Şair Fuad Cəfərlinin şeirləri bugünə qədər türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən gələcəkdə Fuad Cəfərlinin “Qayg‘u surati” özbək dilində işıq üzü görmüş kitabının Daşkənddə təqdimatı nəzərdə tutulub və nəşr əvəzsiz olaraq Özbəkistan kitabxanalarına hədiyyə olunacaqdır.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki