image-2000x150
image-5f40e89129533-x0uebv4b7yeoar4backend

Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

image-768x150

Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Sizlərə 31 mart soyqırımı haqqında Dursun Musayevanın qələmə aldığı və mənim səsləndirdiyim şeiri təqdim edirəm. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm!

Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini – FƏYYAZLI MEHDİ AFİQ OĞLU

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki