image-2000x150
image-img-20231219-wa0060backend

Nur üzlü nənəm…

image-768x150

 Bu gün nur üzlü nənəm, həyat yoldaşını 20 yaşında itirərək dünyanın bütün əzablı əziyyətli üzünü görən, mənə təkcə nənə yox, həm də ana olan şəxs vəfat edib. Onunla dünən, axşam Vatsap vasitəsilə söhbət etmişəm. “Səhhətimdə heç bir problem yoxdur, yalnız təzyiqim biraz yuxarıdır” deyən nənəm (Yusifova Kərbəlayi Nəzakət Balamirzə qızı) bu gün səhər saatlarında qardaşı gilə getmişdir. Orada nahar etmiş və günorta namazını qıldıqdan sonra, qardaşının evində vəfat etmişdir. O mənə çox əziz və mehriban ana idi. 1951-ci ilin 8 dekabr tarixində Azərbaycan SSR, Masallı rayonunun Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-1968-ci illərdə Yeddioymaq kənd tam orta məktəbində təhsil almışdır. 1975-ci ildə həyat yoldaşı – Nuriyev Rəhman İbrahim oğlunu itirmişdir. 2 qız övladını min bir əziyyətlə böyüdüb, boya başa çatdırmışdır. 8 dekabr 2023-cü ildə onun doğum günü idi. Ona göndərdiyim hədiyyəni dünən səhər saatlarında almış və mənə öz təşəkkürünü bildirmişdir. Onun haqqında çox sözlər yazmaq olar. Amma təkcə onu deyim ki, o çox mehriban və qayğıkeş ANA idi. Sən daim qəlbimdə olacaqsan canım nənəm! Allahdan nənəmə rəhmət, məkanı cənnət olsun deyirəm.

image-img-20231219-wa0059

Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədr müavini Fəyyazlı Mehdi Afiq oğlu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki