image-2000x150
image-img_20230716_103619backend

Novorossiysk və Buqlma şəhərlərindəki soydaşlarımız başsağlığı veriblər

image-768x150

Uzun müddət Tatarıstanın Buqlma şəhərində yaşamış Cəfərov Məzahir Cəbrayıl oğlu iyulun 13-də Masallı rayonunun Ərkivan kəndində vəfat edib. Buqlma şəhəhərində diasporun inkişafına çox böyük töhfələr vermiş Məzahir Cəfərov 01.10.1958-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Mərhum 14 iyul tarixində doğulduğu Ərkivan kəndində dəfn edilib.

Onun ölümünü Buqlma və Novorossiysk
şəhərlərində yaşayan soydaşlarımız da hüznlə qarşılayıb. Məzahir Cəfərovun vəfatı bağlı Rusiya Federasiyasında fəaliyyət göstərən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev, eləcə də Buqlma və Novorossiysk şəhərlərindəki soydaşlarımız başsağlığı verib. “Vətənpərvər dostumuz Məzahir Cəfərovun ölümü ilə bağlı dərindən kəndərləndiyimizi bildirir, onun yaxınlarına, qohumlarına Rusiyadakı soydaşlarımız olaraq başsağlığı veririk. Allahdan mərhuma Rəhmət diləyirik”, – deyə saytımıza göndərilən başsağlığında qeyd olunur.

Diaspornews.az

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki