Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəaliyyətinin 19 illiyi qeyd olunub.
Diaspornews.az xəbər verir ki, BAK-ın sədri Elsəvər Məmmədov iştirakçılara Konqresin bu illər ərzində gördüyü işlər və fəaliyyəti haqqında geniş məlumat verib. O, qonaqları BAK-ın 19 illiyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Tədbir çərçivəsində BAK sədrinin birinci müavini Sima Cəfərovanın Cənubi Azərbaycan mövzusunda qələmə aldığı musiqili marşı səsləndirilib.
Tədbir iştirakçıları 2026-cı il üçün fəaliyyət planları haqqında məlumatlandırılıblar.
Sonda tədbirdə iştirak edən BAK üzvlərinə yeni üzvlük vəsiqələri təqdim olunub.






























