image-2000x150
image-f636aed3-ab1d-4a90-9f74-64f41cc21036backend

Krasnodar diyarı Azərbaycanlıları Birliyi başsağlığı verib

image-768x150

Uzun müddət Arxangellsk və Buqlma şəhərlərində yaşamış Cəfərov Eyvaz Bəhram oğlu mayın 31-də Ağcabədi rayonunun Avşar kəndində vəfat edib. Buqlma şəhəhərində diasporun inkişafına çox böyük töhfələr vermiş Eyvaz Cəfərov 28.09.1959-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. Mərhum doğulduğu Avşar kəndində dəfn edilib.

Onun ölümünü Arxangellsk, Buqlma və Novorossiysk şəhərlərində yaşayan soydaşlarımız da hüznlə qarşılayıb. Eyvaz Cəfərovun vəfatı bağlı Rusiya Federasiyasında fəaliyyət göstərən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev, eləcə də Arxangellsk, Buqlma və Novorossiysk şəhərlərindəki soydaşlarımız başsağlığı verib. “Vətənpərvər dostumuz Eyvaz Cəfərovun ölümü ilə bağlı dərindən kəndərləndiyimizi bildirir, onun yaxınlarına, qohumlarına Rusiyadakı soydaşlarımız olaraq başsağlığı veririk. Allahdan mərhuma Rəhmət diləyirik”, – deyə saytımıza göndərilən başsağlığında qeyd olunur.

Diaspornews.az

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki