Küveytin “Al şabab” klubunun karateçisi Abdulla Şaban iyulun 7-17-də ABŞ-da keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıb.
Bu haqda “Diaspornews.az“a Küveytin “Al şabab” klubunun baş məşqçisi həmyerlimiz Elnur İbrahim məlumat verib.
Abdulla Şaban dünyada 60 kq çəki dərəcəsi üzrə Top-8 də yer alıb.
Xatırladaq ki, Asiya çempionu olan Abdulla Şaban həmyerlimiz Elnur İbrahimin tələbəsidir. O, bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən karate üzrə Premyer Liqa yarışında Küveyt karate tarixində ilk medal- 3-cü yer, bürünc medalı qazanıb.