image-2000x150
image-img-20220525-wa0021backend

Belarusda Azərbaycan mədəniyyəti nümayiş olunub

image-768x150

Belarus xalqının keçmişinin formalaşması, qorunması, möhkəmlənməsi məqsədi ilə Belarus Respublukasının prezidenti A. Lukaşenkonun müvafiq fərmanına əsasən 2022-ci il Belarusda “Tarixi yaddaş ili” elan edilmişdir. Buna əsaslanaraq burada bir çox xalqların mədəniyyətini əks etdirən tədbirlər həyata keçirilir. Bunlardan biri də 24 mayda Belarusda fəaliyyət göstərən Belarusun Azərbaycan İcmaları Konqresi və Belarus milli mədəni mərkəzi ilə birgə tədbir keçirilib.
“Diaspornews.az” xəbər verir ki, tədbirdə Konqresin üzvləri, Konqresin gənclər təşkilatının üzvləri və qonaqlar iştirak etdilər.
“Odlar yurdu” rəqs qrupunun rəhbəri Davud Zakirzadə qonaqlara Azərbaycan haqqında, onun milli-mənəvi dəyərləri, çoxmillətli xalq olmas haqqında məlumat verdi. Eyni zamanda onun oğlanlardan ibarət rəhbərlik erdiyi rəqs qrupu “Qafqaz” rəqsini nümayiş etdi.
Belarusun Azərbaycan İcmaları Konqresinin Gənclər təşkilatının və “Sarı gəlin” rəqs qrupunun rəhbəri Olesya Kosoykinanın ifasında “Turac” rəqsi, Anna Verinanın ifasında “Qaval” rəqsi, Davud Zakirzadə və Olsya Kosoykinanın birgə ifa erdikləri “Nazeləmə” rəqsləri hər kəsi heyran qoydu. “Belə tədbirlərin davamlı olacağına ümid edirik. Belarusun Azərbaycan İcmaları Konqresinin üzvləri Azərbaycanı hər tərəfli nümayiş etdirməyə hər zaman hazırıq”,-deyə Konqresdən bildirilib.

image-img-20220525-wa0020image-img-20220525-wa0019image-img-20220525-wa0023

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki