image-2000x150
image-1695049945_1backend

İnsan alverinə həsr olunan “Saxta elanlara aldanma” adlı film təqdim olundu

image-768x150

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “ Virtual imkanlardan istifadə etməklə insan alveri ilə mübarizə sahəsində maarifləndirmə” adlı layihə həyata keçirib. Təşkilat layihəyə əsasən  “saxta elanlara aldanma” adlı qısametrajlı filmi çəkərək ictimaiyyət təqdim edib. “Xeber 7” məlumat verir ki, layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 2 ay ərzində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarət olmuşdur. Onun sözlərinə görə, qısametrajlı filmi peşəkar komanda çəkmişdir. Bu gündən etibarən həmin film sosial şəbəkə hesablarından yayımlanacaq. Film insanların saxta elanlara aldanaraq xaricə aparılmasından bəhs rfit. Filmin təqdimatında    DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İbrahim Əhmədov, DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov, QHT-lər, KİV-nin əməkdaşları, Gənclər təşkilatlarının təmsilçiləri iştirak etmişdir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki