image-2000x150
image-img-20231205-wa0020backend

Kitabxanaya səsli nağıllar təqdim olundu

image-768x150

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı uşaqlar arasında nağılçı “Gülzar nənə” kimi tanınan və sevilən Gülzar İbrahimova kitabxanada həyata keçirilən “Nağıllar aləminə səyahət” layihəsi çərçivəsində səsli nağıllar təqdim etdi.

Sehrli dünya nağılları silsiləsindən “Dostlar səfərdə”, “Dostlarım məndən qaçar”, “Düşmənə dönmüş dostlar”, “Əsl dostluq”, “Mehriban dostlar” nağıllarında uşaqlar nağıl qəhrəmanlarının sərgüzəştləri ilə tanış olur. İncə yumor, şirin nağıl dili ilə təqdim olunan nağıllarda Qunduzun, Qabanının, Tülkünün səfərindən, Günelin qorxusundan, canavarın, itin, pişiyin düşmənçiliyindən, Cik-Cik və Cuk-Cukun, inək, keçi, pişik və xoruzun mehriban dostluğundan danışılır. Rəngarəng şəkillərin müşayiəti ilə təqdim olunan səsli nağıllar aşağıdakı keçiddə verilib:

image-img-20231205-wa0021

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki