image-2000x150
image-620a12eeca5b7backend

Ukraynada Fikrət Əmirovun anadan olmasının 100 illiyi konsertlə qeyd edilib

image-768x150

Ukraynanın Dnepr şəhərlərində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
“Diaspornews.az” xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dneprropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərləri səsləndirilib.
Konsertdən əvvəl açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2022-ci ili TÜRKSOY-ya üzv ölkələrdə “Fikrət Əmirov ili” elan edib. Bu il ərzində təşkilatın üzv ölkələrində Fikrət Əmirovla bağlı bir sıra tədbirlər keçiriləcək. Bununla bağlı ilk tədbir Dneprdə reallaşır.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova isə qeyd edib ki, bu cür konsertlərin keçirilməsi ölkəmizlə, o cümlədən TÜRKSOY-ya üzv olan dövlətlərlə Ukrayna arasında mədəni əlaqələrin yüksək olmasının göstəricisidir. Səfir bildirib ki, bu cür konsertlərin məqsədi Azərbaycanın milli musiqisinin xarici ölkələrdə, o cümlədən Ukraynada təbliğidir. Diplomat vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, hər iki dövlət strateji tərəfdaşdır.
Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov, Dnepropetrovsk şəhər Şurasının katibi Aleksandr Sanjara çıxışlarında Fikrət Əmirov yaradıcılığından söhbət açıblar və mədəni tədbirlərin ölkələr arasında sıx əməkdaşlıq yaratdığını vurğulayıblar.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki