Aprelin 13-də Tatarıstan Respublikasının Leninoqorsk şəhərindəki “İxlas” məscidində Ramazan ayı münasibətilə iftar süfrəsi açılacaq.
“Diaspornews.az” xəbər verir ki, iftar tədbiri Leninoqorsk şəhərindəki “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov tərəfindən təşkil ediləcək.
Xatırladaq ki, Ramiz Məmmədov tərəfindən ənənəvi olaraq hər il Ramazan ayında bu cür iftar süfrələri təşkil edilir.