Tarixi-araşdırmaçı, Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlının təşəbbüskarlığı və dəstəyi ilə Masallı rayonunda Qasımlı kəndinin adını bilidrən lövhə vurulub. Bu haqda “Diaspornews.az”a Mehdi Fəyyazlı özü məlumat verib: “Ötən gün doğma Masallı rayonunun Qasımlı kəndinin adını bildirən lövhəni şəxsi hesabıma kəndimizin mərkəzi girəcəyinə ərazi nümayəndəsi Paşa İbadovun iştirakı ilə vurdurdum. Xeyirli, uğurlu olsun!”.