image-2000x150
image-fb_img_1644293619056backend

Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər

image-768x150
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media” İctimai Birliyinin nəzdindəki “Aktual məktəb”in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.

Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.

image-fb_img_1644293563072

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki