Hər il sentyabrın ikinci şənbə günü Belarus Respublikasının Qomel şəhəri öz ad gününü qeyd edir. “Diaspornews.az” xəbər verir ki, bu il tarix həmin tarix sentyabrın 10-na təsadüf edib. Bütün şəhərdə müxtəlif tədbirlər keçirilib. Şəhərin mərkəzində, Lenin meydanında Milli Mədəniyyətlər Festivalı keçirilib. Festivalda Azərbaycan diasporu da iştirak edib. Belarusun “Azərbaycan İcmaları Konqresi”nin nümayəndələri Azərbaycan xalqının mədəniyyətini, adət-ənənələrini, Azərbaycan milli mətbəxini parlaq şəkildə nümayiş etdiriblər. Bayramın qonaqları ləzzətli plov nümayiş etdirib, Azərbaycan nar şirəsinin dadına baxıb, Azərbaycan dolması ilə yanaşı, şəkərbura, paxlava, qoğal kimi şirniyyatlardan dadıblar. Qomel vilayət icraiyyə komitəsinin sədri Qennadi Solovey, Qomel şəhər icraiyyə komitəsinin sədri Pyotr Kiriçenko və nümayəndə heyəti də sərgini ziyarət edib, Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olub, həmçinin Azərbaycan şirniyyatlarından və çaylarından dadmaq imkanı əldə ediblər. “Sarı gəlin” rəqs ansamblı “Uzun dərə”, “Nazeləmə”, “Ağ çiçək” və s. xalq rəqslərini nümayiş etdirib. Tədbirdə iştirak edənlər Azərbaycan milli musiqi və rəqslərinə maraqla tamaşa edib, hamı ilə birlikdə ansamblı təqdim edərək “Yallı” xalq rəqsini oynayıblar. Həmçinin festivalda həm qadın, həm də kişi xalq geyimləri təqdim olunub. Süfrədə təamlarla yanaşı, Azərbaycan mədəniyyətini səciyyələndirən milli atributlar da olub.