image-2000x150
image-img_20220212_001239backend

Hikmət Cavadov: “Diaspor olmaq birlikdən və milli maraqlara xidmətdən keçir”

image-768x150

“Məqsədimiz soydaşlarımızın yanında olmaq və onlara hər cür dəstək verməkdir. Hər birimiz bilməliyik ki, diaspor olmaq birlikdən və milli maraqlara xidmətdən keçir”.

“Diaspornews.az” xəbər verir ki, bu barədə açıqlama ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov çıxış edib.

H.Cavadov bildirib ki, artıq iki ildir Ukraynanın müxtəlif vilayətlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə hər ay 30 kq müxtəlif növ ərzaq məmulatları olan bağlamalar göndəririk:

Bu aydan etibarən ərzaq dəstəyi verilən ailələrin sayı 200-ə çatmışdır. Vilayətlərə göndərilən bağlamaların çatdırılması üçün müvafiq poçt ödənişini də həyata keçiririk ki, ərzağı qəbul edən soydaşlarımız çətinlik çəkməsinlər”.


Diaspor sədri əlavə edib ki, “Xaricdə soydaşlarına dəstək ol!” şüarı altında tərəfimizdən həyata keçirilən bu layihə Azərbaycan diasporunun layiqli rəhbərlərindən olan, Azərbaycan Prezidenti tərəfindən “ŞÖHRƏT” ordenilə təltif edilmiş, diasporumuzun fəxri sədri, Ukraynadakı azərbaycanlıların dayağı, müdrik şəxsiyyət, ürəyi hər zaman milləti və dövlətilə döyünən Oktay Əfəndiyevin hamiliyi və rəhbərliyi ilə uğurla davam edir:

“Təşkilatımızın bütün üzvləri adından Oktay müəllimə dərin təşəkkürümü bildirirəm. Oktay müəllim, diasporumuz üçün etdiyiniz bu fədakarlığınız diaspor fəaliyyətimizin tarixinə qızıl hərflərlə yazılır. Var olun!”

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki