image-2000x150
image-img-20220121-wa0082backend

Yekaterinburq şəhərində 20 Yanvar şəhidləri yad edilib

image-768x150
Rusiyanın Yekaterinburq şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin saytında məlumat yayılıb.

Sverdlovsk vilayətində fəaliyyət göstərən “Ural-Azərbaycan” İctimai Milli-Mədəni Təşkilatının təşkilatçılığı və Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun iştirakı ilə baş tutan mərasim ölkəmizin Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

image-img-20220121-wa0081

20 Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə davam edən tədbirdə “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Sverdlovski vilayətinin deputatı Vaqner Mixayloviç, Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə və Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğununun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış ediblər.

image-img-20220121-wa0085

image-img-20220121-wa0076

Onlar “Qara Yanvar” adlandırılan və Ümumxalq Hüzn Günü kimi anılan 20 Yanvar faciəsinin Azərbaycan tarixinə xalqımızın iradəsinin sarsılmazlığının nümunəsi və müstəqilliyin rəmzi kimi yazıldığını nəzərə çatdırıblar. Beynəlxalq hüququn normalarını, SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq, dinc əhaliyə qarşı qırğının törədilməsində Mixail Qorbaçovun başçılıq etdiyi SSRİ rəhbərliyinin birbaşa məsulliyyət daşıdığına və 32 il keçməsinə baxmayaraq, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin hələ də verilmədiyinə diqqət cəlb olunub.

image-img-20220121-wa0086

Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, bu vəhşiliyi kəskin şəkildə pislədiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymətini verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini xatırladan natiqlər vurğulayıblar ki, məhz onun təşəbbüsü ilə 1994-cü ilin martında Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib və 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunub.

Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və hüquqi ədalətin bərpa olunmasına və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə gətirib çıxaran parlaq Zəfər xalqımızın və xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib, şəhidlərimizin ruhunu şad edib.

image-img-20220121-wa0080

Tədbir çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdə Yekaterinburqda və ətraf şəhərlərdə yaşayan Azərbaycan diasporunun, yerli dövlət qurumlarının və digər xalqların diaspor nümayəndələri iştirak ediblər.

image-img-20220121-wa0083

image-img-20220121-wa0077

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki