image-2000x150
image-1591958571backend

Avropa Parlamentinin ikiüzlü siyasəti

image-768x150

Azərbaycan dövləti Avropa Parlamenti ilə əməkdaşlıqda hər zaman bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoq münasibətləri zərgiləyib. Lakin Avropa Parlamenti Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiya və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri hər zaman görməzdən gəlir. Bunun bariz nümmunəsi olaraq Avropa Parlamenti Azərbaycanla bağlı dəfələrlə qərəzli və birtərəfli qətnamələr qəbul edib. Son olaraq isə martın 10-da Avropa Parlamenti “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi antiazərbaycan xarakteri qətnaməni göstəmək olar. Avropa Parlamentində qaldırılan qətnamədə Qarabağda guya erməni mədəni irsi dağıdılması müzakirə edilib. Hansı ki, 30 il ərzində Azərbaycan mədəni irsi dağıdılıb və bu hallarla bağlı bir dəfə də reaksiya verilməyib.

Bu qətnamə Azərbaycan ictimaiyyəti və eləcə də Milli Məclis tərəfindən etriazla qarşılanıb. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. Bəyanatda Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırılır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində – sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib: “Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbayan əleyhinə qətnamələr qəbul edirlər”.
Etiraz bəyanatında qeyd olunur ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır: “Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik”.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli AZƏRTAC-a açıqlamasında söyləyibki, bu qətnamənin tam əksər hissəsi guya dağıdılmış erməni məbədlərinin adları ilə göstərilməsinə rəğmən, sənəddə Azərbaycan mədəni irsinə aid bir məscidin, yaxud hər hansı dağıdılmış tarixi, dini və mədəni abidənin adı belə çəkilmir: “Qeyd etməliyik ki, Ermənistan tərəfidən Qarabağda bütün dağıntılar məqsədli şəkildə edilib. Belə ki, Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi miraslar erməni vandalları tərəfindən viran qoyulmaqla soydaşlarımızın bu ərazilərdəki mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Lakin sənəddən də göründüyü kimi, avropalı deputatlar bu faktları, sadəcə, öz seçicilərindən gizlətmək yolunu tutublar”.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa hesab edir ki, bu qətnamə Azərbaycana qarşı ikili standartların növbəti təzahürüdür: “Avropa parlamentarilərinin diqqətinə çatdırmaq istəyirik ki, ötən əsrin 90-cı illərinin əvvəlindən Ermənistandakı bəzi radikal qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət ölkəmizin tarixinə, mədəniyyətinə, milli irsinə aid mənbələrin dağıdılması ilə nəticələnib.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi, o cümlədən digər qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfər edərək hazırkı vəziyyətlə əyani şəkildə tanış olublar. “İşğaldan azad olunmuş ərazilərdə gördüyümüz mənzərə hər birimizi şoka saldı. Avropalı parlamentarilərə tövsiyəmiz ondan ibarətdir ki, hər hansı bir qətnamə qəbul etməzdən əvvəl baş vermiş problemin kökünü araşdıraraq məsələlərə münasibət bildirsinlər”.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi, eyni zamanda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti də Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli qətnaməsinə dair etiraz bəyanat yayıblar.
Bildirilir ki, qətnamədə, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif edilərək, bütövlükdə Ermənistan tərəfindən məhkəmə qarşısında qaldırılmış, lakin rədd edilmiş iddialara istinad olunur.
“Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi Avropa İttifaqı rəhbərliyinin son dövrlərdə Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi xoşməramlı səylərə bütövlükdə ziddir.
Avropa Parlamenti artıq bir sıra faktları qəbul etməlidir”,-deyə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin bəyanatında vurğulanır.
Avropa Parlamentinin Azərbaycanın mədəni irsini məhv edən işğalçıları dəstəkləyən ikiüzlü siyasəti demokratiyanın sonu olmasına birbaşa işarədir. Bu hərəkətlər özlərinin yaratdığı demokratiyanın sadəcə oyun olduğunu göstərir.

image-5f816147cad53_16023103583024163660_1000x669

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin üzvü Ədil Ədilzadə

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki