Home / Aktual / Rafael Ağayev Fransada finala çıxdı – FOTO

Rafael Ağayev Fransada finala çıxdı – FOTO

Rafael Ağayev (-75 kq) Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib. Azərbaycan Milli Karate Federasiyasından DiasporNews-a verilən məlumata görə, ikinci görüşün ortalarınsa çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib.

Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.

Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən veriblər. Şənbə günü daha 10 idmançımız mübarizəyə qatılacaq. Mükafatçıların yekun nəticəsi 27 yanvarda məlum olacaq.

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600