Home / İdman / Şahmatçılarımız Olimpiadada üç medal qazanıb

Şahmatçılarımız Olimpiadada üç medal qazanıb

Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. DiasporNews xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almasa da, üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.

Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticə ilə qızıl medal əldə edib.

DiasporNews

Check Also

Rafael Ağayev Fransada mükafata layiq görüldü – FOTOLAR

Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalnan başlayıb. DiasporNews xəbər verir ki, 25-27 yanvar …

160*600