Home / Mədəniyyət

Mədəniyyət

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış rəssam Anar Hüseynzadənin “Abşeron nağılı” adlı fərdi sərgisi təşkil olunub. Səfir Fuad İsgəndərov “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya mərkəzində bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açıb, Azərbaycan mədəniyyəti və …

Ətraflı oxu »

Gənclərimiz Tbilisidə festivalda iştirak ediblər

Gürcüstanda qeyd olunan “Tolerantlıq həftəsi” çərçivəsində Tbilisidə Nodar Dumbadze adına Dövlət Peşəkar Kukla Teatrında ənənəvi “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festival keçirilib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilən tədbir əsasən milli azlıqların nümayəndələri üçün reallaşdırılıb. Artıq onuncu dəfədir …

Ətraflı oxu »

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu 14-cü festivalda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov da iştirak edir. Bu dəfəki festivalda türkdilli dövlətlərin filmlərinin nümayişinə üstünlük verilib. Festival çərçivəsində keçiriləcək film müsabiqəsində Azərbaycanın “Siçan-pişik” tammetrajlı bədii film göstəriləcək. …

Ətraflı oxu »

Moskvada “Yeddi gözəl” sərgisi açılacaq

Noyabrın 21-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılacaq. DiasporNews xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə keçiriləcək. Ekspozisiyanın konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və …

Ətraflı oxu »

Azərbaycanla Rusiya arasında bəyanat imzalanıb

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya mədəniyyət naziri Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib. Mədəniyyət Nazirliyindən DiasporNews-a verilən məlumata görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği …

Ətraflı oxu »

Bakıda Polşa filmləri festivalı keçiriləcək

Bakıda noyabrın 22-dən 28-dək 3-cü “Visla” Polşa filmləri festivalı keçiriləcək. Festival çərçivəsində tamaşaçılar polşalı rejissorların “Varşava döyüşü. 1920”, “Gecə danışıqları”, “Ədalətli”, “Şəhər 44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər. “Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək. Firiş sərbəstdir. DiasporNews

Ətraflı oxu »

Moskvada “Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək. Fonddan DiasporNews-a verilən xəbərə görə, noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki …

Ətraflı oxu »

Moskvada “Yeddi gözəl” sərgisi açılacaq

2018-ci ilin noyabrın 21-dən 2019-cu il fevralın 3-dək Ümumrusiya Dekorativ Sənət Muzeyində “Yeddi gözəl” sərgisi keçirilcək. Tədbir Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi tərəfindən təşkil edilib. Sərginin ekspozisiyasında Heydər Əliyev Fondunun, Azərbaycan Xalça Muzeyinin və Azərbaycanın Dövlət Musiqi Mədəniyyəti …

Ətraflı oxu »

Yazıçı Elçinin romanları alman dilində

Almaniyada Xalq yazıçısı Elçinin yaradıcılığına maraq günü-gündən artmaqdadır. Bu ilin əvvəllərində ədibin məşhur “Baş” romanı alman dilində nəşr olunduqdan sonra, onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb. Bu günlərdə Berlinin “Pem Verlaq” nəşriyyatı bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısının “Ağ dəvə” və “Ölüm hökmü” romanlarını nəşr edib. Qeyd …

Ətraflı oxu »

Yunanıstanda “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib

Azərbaycanın Yunanıstandakı səfirliyinin, “Qala” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki bələdiyyəsinin birgə təşkilatçılığı ilə Saloniki şəhər kitabxanasında “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib. Tədbirdə Saloniki şəhər bələdiyyəsinin, Salonikidə fəaliyyət göstərən konsulluq korpusunun təmsilçiləri, Aristotel və Makedoniya universitetlərinin rəhbərliyi, Azərbaycan icmasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar …

Ətraflı oxu »