Home / Diaspor / Fransalı jurnalist Abşeronda

Fransalı jurnalist Abşeronda

Fransanın Agoravox.fr internet səhifəsinin redaktoru Alain Roumestand iyulun 5-də Abşeron Rayon İcra Hakimiyyətində olub.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova həm kənd təsərrüfatı, həm də sənaye mərkəzi kimi inkişaf edən Abşeron rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, adət-ənənələri, turizm potensialı, tanınmış şəxsiyyətləri, abidələri haqqında qonağa ətraflı məlumat verib.

Fransalı jurnalist dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə də məlumatlandırılıb.

Bildirilib ki, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” sosial müəssisəsi Prezident İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb. Abşeron rayonunun Masazır qəsəbəsindəki müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 200-dən çox gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub. Hazırda müəssisə üçün dördüncü yaşayış binasının tikintisi də tamamlanıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Görüş zamanı icra başçısı ölkəmizdə azad medianın inkişafı istiqamətində aparılan tədbirlərdən və mətbuata dövlət səviyyəsində göstərilən diqqətdən də danışıb.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan Alain Roumestand yaxın günlərdə Azərbaycan haqqında geniş bir məqalə dərc edəcəyini bildirib. (AzərTac)

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600