Home / Diaspor / Haaqada milli azlıqların görüşü keçirilib

Haaqada milli azlıqların görüşü keçirilib

Yanvarın 22-də Niderland Krallığının Haaqa şəhərində krallığın keçmiş kraliçası Yelizavetanın təşəbbüsü və dəvəti ilə Yeni İl görüşü keçirilib. Görüşün təşkilatçılarından biri də Hollandiya Azərbaycan-Türk Kültür dərnəyidir. Görüşdə keçmiş kraliça Yelizaveta şəxsən özü də iştirak edib.
Görüşün məqsədi Haaqa şəhərində yaşayan milli azlıqların bir araya gələrək biri-biriləri ilə yaxından tanış olması, öz aralarında əlaqələr qurmağa şərait yaradılması və onların cəmiyyətə inteqrasiyasına yardım edilməsidir. Görüşdə iştirak edən keçmiş kraliça Yelizaveta qonaqlarla ayrı-ayrılıqda söhbət edərək onların fəaliyyətləri və gördükləri işlərlə maraqlanmışdır.
Daha sonra tədbir müxtəlif xalqların musiqi nümunələrinin səsləndirilməsi ilə davam edib. Qarşılıqlı səmimiyyət şəraitində başa çatan görüşün növbəti illərdə də keçirilməsi qərara alınıb.
DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600